ABŞ vətəndaş müharibəsi

(ABŞ Vətəndaş müharibəsi səhifəsindən yönləndirilmişdir)

Amerika vətəndaş müharibəsi (1861–1865) – Şimalla (İttifaqla) Cənub quldar ştatları arasında vətəndaş müharibəsi. Avraam Linkolnun prezident seçilməsinə cavab olaraq quldarlar cənub ştatlarını İttifaqdan ayırmağı qərara aldılar və müharibəyə hazırlaşmağa başladılar. 1861-ci ilin fevralında Montqomeri şəhərində Cənub ştatları Konfederasiya yaradıldı. Konfederasiya ABŞ-nin 34 ştatından 11-ni birləşdirdi. 1861-ci il aprelin 14-də cənublular Fort-Samteri tutdu. Bununla da müharibə başlandı. 1861-ci il iyulun 21-də Şimal ordusu (35 min) Manassas şəhərində, oktyabrda isə Bols-Blaff yaxınlığındakı döyüşlərdə məğlub edildi. İkinci dövründə (1863–1865) Şimal ordusuna 190 min zənci əsgər daxil oldu. 250 min zənci arxa cəbhədə hərbi qulluğa cəlb edildi. 1863-cü ilin iyulunda cənublular Gettisberq və Missisipi çayı vadisindəki döyüşlərdə məğlub oldular. 1865-ci il aprelin 3-də Konfederasiyanın paytaxtı Riçmond şəhəri tutuldu. Həmin müharibədə tarixdə ilk dəfə zirehli gəmilərin döyüşü (1862-ci il martın 9-da) oldu. 1867-ci il martın 2-də Cənubun Yenidənqurması haqqında birinci qanun verildi.

ABŞ Vətəndaş müharibəsi
Tarix 12 aprel, 1861 - 12 aprel, 1865
Yeri ABŞ əraziləri
Səbəbi Avraam Linkolnun prezident seçilməsi
Nəticəsi
ABŞ qalib qəldi, köləlik ləğv edildi.
Konfederasiya dağıldı.
Münaqişə tərəfləri


ABŞ


Konfederasiya

Komandan(lar)

Avraam Linkoln,
Uliss Qrant
Corc Makklelan

Cefferson Devis,
Robert Li
Stonvol Cekson

Tərəflərin qüvvəsi

2.100.000

1.064.000

İtkilər

110.000 ölü
360.000 Cəmi ölü s
275.000 Yaralı və itkin sayı

93.000 Ölü
260.000 Cəmi ölü
137.000 Yaralı və itkin sayı

Ümumi itkilər
616,222 ölü[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIX əsrin əvvəllərində ABŞda ikili quruluş- şimalda kapitalizm, cənubda isə quldarlıq mövcud idi. Bu iki quruluş bir dövlətin tərkibində olan tamam bir-birinə zidd olan quruluşlar idi. Amerika-Meksika müharibəsi zamanı ABŞ cənub hissədə çoxlu torpaqlar ələ keçirr. Burada çoxlu boş torpaqlar var idi. Cənub hissədə əlverişli iqlim əsasən aqrar sahənin, xüsusən də, pamqçılığın inkişafına şərait yaradırdı. İmmiqrantların əsasən şimala getməyi burada işçi azlığını yaratmışdı. Ona görə də XVII əsrdən başlayaraq bura Afrikadan zənci- qullar gətirilməyə başlandı. Cənubda olan ağdərilərin ¼ hissəsi quldar idi.

Şimalda maşın istehsalının inkişafı, Cənubda isə aqrar sahənin inkişafı bu iki ərazi arasında qarşılıqlı əlaqələri zəruri edirdi. Cənubun yeni texnologiyalara, Şimalın isə hazır tütün, pambıq kimi məhsullara ehtiyacı olurdu. Lakin quruluşlar arasında olan fərq münasibətlərdə öz sözünü ciddi şəkildə deyirdi. Qaçan qullara azadlığın verilməsi, yeni tutulan ərazilərdə hansı quruluşun yaranacağı kimi təzadlar vətəndaş müharibəsinin başlamasına səbəb oldu. Müharibə zamanı 620 minə qədər insan həlak olmuşdu.

Vətəndaş müharibəsi zamanı ABŞda iki cəbhə: Şimalda- İttifaq, Cənubda isə Konfederasiya yaranmışdı. Linkolnun əsas niyyəti hər bir vəchlə İttifaqı qoruyub saxlamaq idi. O, ikili quruluşun tamamilə əleyhinə idi və hesab edirdi ki, Birləşmiş Ştatlar ya tamamilə kapitalimzə keçməli, ya da, quldar dövləti olmalı idi. Müharibənin gedişi göstərdi ki, quldarlığın ləğv edilməməsi "İttifaq"ın dağılmasına gətirəcək. 1862ci ildən başlayaraq Linkoln zəncilərə azadlığın verilməsi barədə hazırlıqlara başlamışdı. Nəticədə 1865ci ildə ABŞ konsitutsiyasına XIII düzəliş edilməklə quldarlıq rəsmən ləğv olundu və vətəndaş müharibəsi Şimalın qələbəsi ilə başa çatdı.

4 il davam edən vətəndaş müharibəsi 9 aprel 1865ci ildə Konfederasiyanın kapitulyasiyası ilə başa çatdı. Cənub zəncilərin ABŞ cəmiyyətinə inteqrasiyasına hazırlaşmalı idi. Müharibənin başa çatmasından 5 gün sonra-14 aprel 1865ci il tarixində Ford teatrının səhnəsində qoyulan "Mənim amerikalı əmioğlum" tamaşası zamanı cənub tərəfdarı olan aktyor Con Uilks But prezident lojasına daxil olaraq onun başına tapancadan güllə açmışdı. Güllə atandan sonra Butt səhnəyə çıxaraq latınca "Sic semper tyrannis!" (tərcümədə: "Tiranların taleyi belədir"- cənub ştatı olan Vircinyanın şüarı) kəlməsini səsləndirmişdi. Səhəri gün, saat 7:22də Avraam Linkoln öldürüldü.

Buttu Vircinya ştatında 26 aprel tarixində anbarda gizlənərkən tapmışdılar. Anbara dərhal od vurulmuş Butt silahlı şəkildə oradan çıxmışdı. Anbardan çıxan zaman onu boynundan ölümcül yaralamışdılar. Con Buttun son sözləri belə olmuşdu: "Anama deyin ki, mən vətənim üçün mübarizə apararaq həlak oldum."[2]

Tərəflərin müqayisəsi

redaktə
ABŞ Konfederasiya
Cəmi əhali 22.000.000 (71%) 9.000.000 (29%)
Qul olmayan əhali 21.567.414 5.500.000
1860-cı ildə şimal ştatlarında qulların sayı 432.586 NA
1860-cı ildə cənub ştatlarında qulların sayı NA 3.500.000
Əsgər sayı 2,200,000 (67%) 1.064.000 (33%)
Dəmiryol xəttləri (mil) 21.788 (71%) 8.838 (29%)
təsərrüfat güçü 90% 10%
Silah istehsal güçü 97% 3%
1860-cı ildə istehsal olunan pambıq miqdarı Az sayda 4.500.000
1860-cı ildə istehsal olunan pambıq miqdarı Az sayda 300.000
Müharibədən əvvəl tərəflərin pul rezevləri 30% 70%

İstinadlar

redaktə
  1. Toward a Social History of the American Civil War Exploratory Essays, Cambridge University Press, 1990, page 4.
  2. "VƏTƏNDAŞ MÜHARIBƏSI VƏ AVRAAM LINKOLNUN ÖLDÜRÜLMƏSI". 2020-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-10.