1995 Avroviziya Mahnı Müsabiqəsi
1995 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1995; fr. Concours Eurovision de la chanson 1995) — sayca 40-cı Avroviziya Mahnı Müsabiqəsidir. 1994 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İrlandiyanı təmsil edən Pol Harrinqton və Çarli MakQettiqan duetinin ifa etdiyi "Rock 'n' Roll Kids" adlı mahnı ilə müsabiqədə qələbə qazanmasının ardınca 1995-ci ildə İrlandiya üçüncü il ard-arda və ümumilikdə isə altıncı dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1995-ci ilin 13 may tarixində baş tutmuşdur.
1995 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 13 may 1995 |
Aparıcı(lar) | Meri Kennedi |
Kanal | RTÉ |
Keçirilən yer | Point Theatre, Dublin, İrlandiya |
Qalib mahnı | Norveç "Nocturne" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 23 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Belçika Danimarka İsrail Sloveniya Türkiyə |
İştirakdan imtina edən ölkələr | Estoniya Finlandiya İsveçrə Litva Niderland Rumıniya Slovakiya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1994 1996 ► |
1995-ci ildə Avropa Yayımlar Birliyi müsabiqənin yayım vaxtının 3 saatı keçməməsi məqsədilə iştirakçı sayını 25-dən 23-ə endirmişdir. Belə ki, Avroviziya 1994-də son yeddilikdə qərarlaşan Estoniya, Finlandiya, İsveçrə, Litva, Niderland, Rumıniya və Slovakiya 1995-ci ildə müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə ötən il müsabiqədən uzaqlaşdırılan Belçika, Danimarka, İsrail, Türkiyə və Sloveniya əvəz etmişdir. 23 ölkənin iştirak etdiyi müsabiqədə Norveç təmsilçiləri olan "Secret Garden" qrupu ifa etdikləri "Nocturne" adlı mahnı ilə qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1985-ci ildə "Bobbysocks" qrupunun təmsilində qalibiyyət əldə etmiş Norveçin müsabiqədə ikinci qələbəsi idi.
Final
redaktə№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Polşa | Polyakca | Yustina | "Sama" | Yalnız | 18 | 15 |
02 | İrlandiya | İngiliscə | Eddi Fril | "Dreamin'" | Yuxu görmək | 14 | 44 |
03 | Almaniya | Almanca | Stone & Stone | "Verliebt in Dich" | Sənə aşiqəm | 23 | 1 |
04 | Bosniya və Herseqovina | Boşnakca | Davorin Popoviç | "Dvadeset prvi vijek" | İyirmi birinci əsr | 19 | 14 |
05 | Norveç | Norveçcə | Secret Garden | "Nocturne" | Gecə musiqisi | 1 | 148 |
06 | Rusiya | Rusca | Filipp Kirkorov | "Kolybelnaya dlya vulkana" (Колыбельная для вулкана) |
Vulkan üçün laylay | 17 | 17 |
07 | İslandiya | İslandca | Bo Halldoursson | "Núna" | İndi | 15 | 31 |
08 | Avstriya | Almanca | Stella Cons | "Die Welt dreht sich verkehrt" | Dünya yanlış yönə doğru dönür | 13 | 67 |
09 | İspaniya | İspanca | Anabel Konde | "Vuelve conmigo" | Mənə qayıt | 2 | 119 |
10 | Türkiyə | Türkcə | Arzu Ece | "Sev" | Sev | 16 | 21 |
11 | Xorvatiya | Xorvatca | Magazin və Lidiya | "Nostalgija" | Nostalgiya | 6 | 91 |
12 | Fransa | Fransızca | Natali Santamariya | "Il me donne rendez-vous" | O mənə görüş təklif etdi | 4 | 94 |
13 | Macarıstan | Macarca | Çaba Siqeti | "Új név a régi ház falán" | Köhnə evin divarına yeni ad | 22 | 3 |
14 | Belçika | Fransızca | Frederik Eterlink | "La voix est libre" | Səs azadlıqdır | 20 | 8 |
15 | Böyük Britaniya | İngiliscə | Love City Groove | "Love City Groove" | Sevgi, şəhər, çuxur | 10 | 76 |
16 | Portuqaliya | Portuqalca | To Kruz | "Baunilha e chocolate" | Vanil və şokolad | 21 | 5 |
17 | Kipr | Yunanca | Aleksandros Panayi | "Sti fotia" (Στη φωτιά) | Odda | 9 | 79 |
18 | İsveç | İsveçcə | Yan Yohansen | "Se på mig" | Mənə bax | 3 | 100 |
19 | Danimarka | Danca | Aud Vilken | "Fra Mols til Skagen" | Molsdan Skaqenə | 5 | 92 |
20 | Sloveniya | Slovencə | Darya Şvayqer | "Prisluhni mi" | Mənə qulaq as | 7 | 84 |
21 | İsrail | İvritcə | Liora | "Amen" (אמן) | Amin | 8 | 81 |
22 | Malta | İngiliscə | Mayk Spiteri | "Keep Me In Mind" | Məni yadında saxla | 10 | 76 |
23 | Yunanıstan | Yunanca | Elina Konstantopulu | "Pia prosefhi" (Ποια προσευχή) | Hansı dua? | 12 | 68 |