Əhməd Süleymanov
Əhməd Süleymanoviç Süleymanov (çeç. Ахьмад Сулейманов; 1 may 1922, Alxazurovo[d], Dağlıq MSSR – 20 iyun 1995, Alxazurovo[d], Çeçenistan) — Sovet çeçen diyarşünaslıq tədqiqatçısı (qafqazşünas), pedaqoq, müəllim, xalq şairi, folklorşünas, tərcüməçi, rəssam və musiqiçi. O, Çeçenistan və İnquşetiya, eləcə də Vaynax etnoqrup-cəmiyyətlərinin toponimiyasının ən dolğun təsvirinin müəllifi kimi tanınır. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq şairi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi, Çeçen İçkeriya Respublikasının Dövlət mükafatı laureatı (1995), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının və SSRİ Yazıçılar İttifaqının üzvü.
Əhməd Süleymanoviç Süleymanov | |
---|---|
çeç. Ахьмад Сулейманов | |
Doğum tarixi | 1 may 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 iyun 1995 (73 yaşında) |
Vəfat yeri |
|
Milliyyəti | çeçen |
Təhsili | |
Fəaliyyəti | yazıçı, |
Əsərlərinin dili | rus çeçen |
Janrlar | tarixi, bioqrafik ədəbiyyat |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəYazıçı H.A.Bersanovun dediyinə görə Əhməd Süleymanovun ailəsi Təzbiçi kəndindən gəlmişdi. Burada onun əcdadları vaxtilə ailə qülləsi ucaltmışdılar. Ailə kifayət qədər varlı idi - onun nümayəndələrinin torpaq sahələri, böyük mal-qarası, otlaqları və arıxanaları var idi (12 ailəlik torpaq sahəsi haqqında məlumat var).[1]) Bersanov əlavə olaraq bildirirdi ki, bu torpaqlarda Süleymanovun əcdadları tez-tez şənliklər və yarışlar keçirirdilər, orada bəzən Dağıstan və Gürcüstandan gələn qonaqlar da iştirak edirdilər.[1]
Süleyman Murtazəliyevin ailəsində oğlu Əhməddən (1922-ci il mayın 1-də anadan olub) başqa, oğulları Temirbulat (30-cu illərdə vəfat edib), Mutuş və qızı Koka böyüyüb. Uşaqların müxtəlif maraqları var idi və yaxşı təhsil alırdılar. Böyük oğlu Temirbulat Evdokimov adına Rostov Taxta İnstitutunu bitirib; ikinci oğlu Mutuş 7 yaşından Quran oxumuş, ərəb dilini öyrənmiş, İslamın böyük bilicisi idi.[1]
Orta məktəbi bitirdikdən sonra Əhməd Süleymanov müxtəlif dövlət vəzifələrində çalışmışdır. Bunların arasında Xalq Maarif Komissarlığının təlimatçısı və rayon komsomol komitəsinin katibi vəzifələri də var. Daha sonra, 1944-cü ildə çeçenlər və inquşlar deportasiya edildikdən sonra Qazaxıstanda, Semipalatinsk Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Təhsil aldığı müddətdə o, Çeçenistan və İnquşetiya toponimiyası ilə maraqlanıb.
Yaradıcılığı
redaktə20 ildən artıq bir müddətdə Süleymanov Çeçenistan və İnquşetiyanın toponimikası məsələləri ilə məşğul olmuşdur. Onun əsas fəaliyyəti çöl tədqiqatları idi. O, müstəqil gəzintilər edərək, alim tədqiqatı üçün material toplamış və Vaynaxların torpağının çoxlu toponimik adlarını yazmışdır.
Əhməd Süleymanovun tədqiqatı nəticəsində alimin əsas əsəri – dörd hissədən ibarət “Çeçeno-İnquşetiyanın toponimiyası” yaranmışdır. Qroznı şəhərində Çeçen-İnquş kitab nəşriyyatında 1976-1985-ci illərdə hər biri 5000 nüsxə tirajla çap edilmişdir. Bu əsərdə toplanmış məlumatlar qafqazşünaslıq üçün böyük maraq kəsb edir və eyni zamanda bütün elm sahələrinə: tarix, etnoqrafiya, dilçilik, arxeologiya və başqalarına aid olan məsələlərə toxunur.[1]
1995-ci ildə "Toponomiya" Çeçen İçkeriya Respublikasının Dövlət Mükafatına layiq görüldü, lakin 1995-ci il nəşri öz oxucularına çata bilmədi - döyüş əməliyyatları nəticəsində tirajı məhv edildi.[1]
Ə.Süleymanov Aleksandr Puşkinin, Mixail Lermontovun, Musa Cəlilin və başqa məşhur şairlərin əsərlərini çeçen dilinə tərcümə etmişdir. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq yazıçısı Abuzər Aydəmirovun fikrincə: “Bu tərcümələr təkcə Əhmədovun poetik məharətini göstərmirdi, həm də ana dilini mükəmməl bildiyini göstərirdi”.
Xatirəsi
redaktə- 2013-cü ilin iyul ayında onun doğma kəndində Süleymanovun xatirəsinə ədəbi-memorial muzey yaradılmışdır. Muzeyin direktoru qızı Sövdətdir.
- 2013-cü ilin dekabrında Süleymanovun 1971-1995-ci illərdə yaşayıb işlədiyi evin divarına xatirə lövhəsi vurulmuşdur.[2][3]
- 2017-ci il aprelin 27-də Qroznıda alimin anadan olmasının 95 illiyinə həsr olunmuş “A.Süleymanovun elmi irsi” adlı regional tarixi-etnoqrafik konfrans keçirilmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Судьбы учёных, 2014
- ↑ Пресс-служба Главы и Правительства Чеченской Республики. "В селе Алхазурово, на стене дома, где жил и творил писатель Ахмад Сулейманов, установлена памятная доска". Глава и Правительство Чеченской Республики. 2013-12-25. 2015-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-16.
- ↑ Элина Халидова. "Открыта мемориальная доска памяти чеченского писателя Ахмада Сулейманова". skfo.ru. 2013-12-24. 2015-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-30.
- ↑ "Региональная историко-этнографическая конференция «Научное наследие А. С. Сулейманова»". docplayer.ru. 2017-04-27. İstifadə tarixi: 2018-11-02.[ölü keçid]
Ədəbiyyat
redaktəВеликий ашуг // Судьбы учёных (Сборник документальных очерков) / Сост. и ред. З. Х.-А. Берсанова. — Грозный-Элиста: ЗАОр «НПП «Джангар», 2014. — Т. I. — С. 276—310. — 464 с. — 1000 экз. — ISBN 978-5-94587-569-2. Муса Гешаев. Знаменитые чеченцы. — М.: Мусаиздат, 2006. — Т. 4. — С. 326—357. — 708 с. — 2000 экз.
Xarici keçidlər
redaktə- "Ахмад Сулейманов. Конах. Стихи". журнал «Вайнах». 2013-08-14. İstifadə tarixi: 2015-07-15.