İlham Rəhimli

Azərbaycan teatrşünası

İlham Əziz oğlu Rəhimli (8 sentyabr 1949, Malbinəsi, Yevlax rayonu) — Azərbaycan teatrşünas-tənqidçisi, jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi (1989), sənətşünaslıq doktoru, professor, Prezident təqaüdçüsü (2019).

İlham Rəhimli
Doğum tarixi 8 sentyabr 1949(1949-09-08) (75 yaş)
Doğum yeri
Elm sahəsi teatr
Elmi adı
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1989
"Sənətkar" medalı"Humay" mükafatı "Qızıl Dərviş" mükafatı — 1992"Teatr Xadimi" qızıl medalı — 2004

Həyatı

redaktə

İlham Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinfini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda "Kommunist" (indiki "Xalq qəzeti") qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 — may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. "Azərbaycan" qəzetinin baş redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991–1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində çap olunan İlham Rəhimli səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid minə yaxın məqalənin müəllifidir. İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr tarixi kafedrasında dərs deyir. 2007-ci ilin aprel ayından Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin "Maarifçilik" redaksiyasında baş redaktor vəzifəsində çalışıb. 2011-ci il aprel ayının 14-dən Mədəniyyət kanalının direktor müavinidir.

Azərbaycan Televiziyasında "Ekran. Kino. Yeniliklər", "Teatr", "Yeni tamaşalar", "Aktyorlar və rollar", "Sərbəst bu söhbət" verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma… şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib.

Mükafatları

redaktə

Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may 1977), Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" (10 mart 1992), "Humay" mükafatları laureatıdır.

1989-cu il sentyabrın 1-də ona Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı verilib. Sənətşünaslıq doktoru və professorudur.

10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]

10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı təltif olunub.[2]

Əsərləri

redaktə

Kitabları

redaktə
  1. Sənət vurğunu (SSRİ xalq artisti İsmayıl Dağıstanlı barədə monoqrafiya). Bakı: Bilik, 1978. 114 səhifə.
  2. Ağasadıq Gəraybəyli. Bakı: Yazıçı, 1979. 142 səhifə.
  3. Səhnə. Ekran. Müasirlik. Bakı: Yazıçı, 1980. 108 səhifə.
  4. Dramaturgiya və teatr. Bakı: İşıq, 1984. 146 səhifə.
  5. Habil kaman (xalq artisti Habil Əliyev barədə monoqrafiya). Bakı: İşıq, 1987. 88 səhifə.
  6. Rəssam Hafiz Zeynalov. Bakı: İşıq, 1987. 116 səhifə.
  7. Sənət yolu, sənətkar ömrü. Bakı: Yazıçı, 1988. 224 səhifə.
  8. Səyavuş Aslan. Bakı: İşıq, 1989. 94 səhifə.
  9. Səttar dünyası (rəssam Səttar Bəhlulzadənin həyat və yaradıcılığı). Bakı: İşıq, 1990. 1972 səhifə.
  10. Sənətdə keçən ömür (Mehdi Məmmədov, Həsən Turabov, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu və Səyavuş Aslan haqqında monoqrafiyalar toplusu). Bakı: Gənclik, 1992. 326 səhifə.
  11. Segah yanğısı (xalq artisti, xanəndə Arif Babayev haqqında monoqrafiya). Bakı: İşıq, 1991. 158 səhifə.
  12. Aktyor ömrünün dolayları. Bakı: İsmayıl, 1998. 142 səhifə.
  13. Füzuli meydanında sənət məbədi (Akademik Milli Dram Teatrının yaradıcılıq yolu). Bakı: Sabah, 1996. 166 səhifə.
  14. Aktyora oxşamayan adam (Həsən Turabov haqqında monoqrafiya). Bakı: Günəş, 2000. 354 səhifə.
  15. Akademik Milli Dram Teatrı (iki cilddə) 1-ci cild. Bakı: Qapp-Poliqraf, 2002. 440 səhifə.
  16. Akademik Milli Dram Teatrı (iki cilddə) 2-ci cild. Bakı: Qapp-Poliqraf, 2002. 464 səhifə.
  17. Səhnəmizin fədailəri (birinci kitab). Bakı: Qapp-Poliqraf, 2002. 302 səhifə.
  18. Xalq oyun-tamaşaları. Bakı: Qapp-Poliqraf, 2002, 238 səhifə.
  19. Sumqayıt Dövlət Musiqili Dram Teatrı. Bakı: Qapp-Poliqraf, 2002. 126 səhifə.
  20. Azərbaycan milli teatrının poetikası. Bakı: Qapp-Poliqraf, 2002. 224 səhifə.
  21. Azərbaycan Dövlət Kukla Teatrı. Bakı: Nağıl evi, 2002. 208 səhifə.
  22. Aşqabad Dövlət Azərbaycan Teatrı. Bakı: Qapp-Poliqraf, 2002. 168 səhifə.
  23. Üç əsrin yüz otuz ili (milli teatrımızın inkişaf yolu və bu günü). Bakı: Qapp-Poliqraf, 2003. 262 səhifə.
  24. Həzin ömrün nağılı (Bəşir Səfəroğlunun yaradıcılığı). Bakı: Çaşıoğlu, 2004, 126 səhifə.
  25. Kəsişən paralellər (Zəfər Nemətov və Azər Paşa Nemət barədə monoqrafiya). Bakı: Çaşıoğlu, 2004, 308 səhifə.
  26. Kəsişən paralellər (Zəfər Nemətov və Azər Paşa Nemət barədə monoqrafiya. Rus dilində). Bakı: Çaşıoğlu, 2004. 270 səhifə.
  27. Bakı Türk İşçi Teatrı. Bakı: Elm, 2004. 186 səhifə.
  28. Azərbaycan teatr dünyası (Azərbaycan, rus və ingilis dillərində). Bakı: 2004. 88 səhifə.
  29. Azərbaycan teatrının estetik prinsipləri (dərslik). Bakı: Çaşıoğlu, 2004. 280 səhifə.
  30. Səhnəsiz gülüş. Bakı: Çaşıoğlu, 2004. 268 səhifə.
  31. Azərbaycan teatr tarixi (dərslik). Bakı: Çaşıoğlu, 2005. 862 səhifə.
  32. Təbriz Azərbaycan Teatrı. Bakı: Çaşıoğlu, 2005. 156 səhifə.
  33. Barat Şəkinskaya. Bakı: Tutu, 2005. 150 səhifə.
  34. Tiflis Azərbaycan teatrı. Bakı: Xəzər, 2006. 222 səhifə.
  35. Səhnə sehrinin sirdaşı (Amaliya Pənahova haqqında monoqrafiya). Bakı: Çaşıoğlu, 2005. 334 səhifə.
  36. Qəlbin hərarət işığı (Rəhilə Cabbarova haqqında monoqrafiya). Bakı: Elm, 2007. 170 səhifə.
  37. İrəvan Dövlət Azərbaycan Dram Teatrı. Bakı: E. L., 2007. 328 səhifə.
  38. İrəvan Dövlət Azərbaycan Dram Teatrı (rus dilində). Bakı: E. L., 2007. 112 səhifə.
  39. İrəvan Dövlət Azərbaycan Dram Teatrı (ingilis dilində). Bakı: E. L., 2007. 108 səhifə.
  40. Seçilmiş məqalələr. Bakı: Çaşıoğlu, 2008. 522 səhifə.
  41. Qırx ilin sənət naxışları (Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı). Bakı: Aspoliqraf, 2008. 208 səhifə.
  42. Naxçıvan teatrı (Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı. Kitab Cəlil Vəzirovla birlikdə yazılıb). Bakı: Aspoliqraf, 2008. 352 səhifə.
  43. Azərbaycan Dövlət Opera və Balet Teatrı. Bakı: Nağıl evi, 2008. 376 səhifə.
  44. Məram: Məbədə doğru gedən yol (Mir Cəlalın yaradıcılığının səhnə həyatı). Bakı: Çaşıoğlu, 2009. 384 səhifə.
  45. Zaman zaman içində (Vaqif İbrahimoğlu haqqında monoqrafiya). Bakı: Mütərcim, 2010. 512 səhifə.
  46. Səhnədə ucalan əzəmət (İbrahim Həmzəyev haqqında monoqrafiya). Bakı: Çaşıoğlu, 2010. 488 səhifə.
  47. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Kukla Teatrı. 1-ci kitab. Bakı: Təhsil, 2011. 168 səhifə.
  48. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Kukla Teatrı. 2-ci kitab. Bakı: Təhsil, 2011. 168 səhifə.
  49. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Rus Dram Teatrı. 3-cü kitab. Bakı: Təhsil, 2011. 168 səhifə.
  50. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Heydər Əliyev Sarayı. 4-cü kitab. Bakı: Təhsil, 2011. 168 səhifə.
  51. Yeniləşən mədəniyyət, yeniləşən məkanlar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı. 5-ci kitab. Bakı: Təhsil, 2011. 168 səhifə.
  52. Zahiri sakitliyin daxili çılğınlığı" (Zərnigar Ağakişiyeva haqında monoqrafiya). Bakı: Çaşıoğlu, 2011. 208 səhifə.
  53. Yaşadan əbədi Yaşar (Yaşar Nuriyev haqında monoqrafiya). Bakı: Apostrof, 2012. 256 səhifə.
  54. Yığcam teatr sözlüyü. Bakı: Apostrof, 2012. 240 səhifə.
  55. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. 3 cilddə. 1-ci cild. Bakı: Təhsil, 2013. 576 səhifə.
  56. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. 3 cilddə. 2-ci cild. Bakı: Təhsil, 2013. 608 səhifə.
  57. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı. 3 cilddə. 3-cü cild. Bakı: Təhsil, 2013. 600 səhifə.
  58. Azərbaycan Dövlət Musiqili Teatrı. Bakı: Aspoliqraf, 2013. 496 səhifə.
  59. Mən və Özüm. Bakı: Çaşıoğlu, 2013. 288 səhifə.
  60. Teatr naxışları (İlyas Əfəndiyev və teatr). Bakı: Aspoliqraf, 2013. 336 səhifə.
  61. Səhnəyə qovuşan cığırlar (Səhnə korifeyləri. 120 portret-oçerk). Bakı: Aspoliqraf, 2013. 568 səhifə.
  62. Səhnədə məliklik eşqi (Ramiz Məlikov haqqında monoqrafiya). Bakı: Aspoliqraf, 2014. 232 səhifə.
  63. Cavabsız suallar. Bakı: Avrasiya press, 2014.312 səhifə.
  64. Səhnənin hikməti. Bakı: Apastrof, 2014. 190 səhifə.
  65. Kısa Tiyatro sözlüğü. Ankara, 2015. 94 səhifə.
  66. Şəki teatrı. Bakı: Qanun, 2016. 384 səhifə.
  67. Azərbaycan Teatr Ensiklopediyası. 3 cilddə. 1-ci cild. Bakı: Azərnəşr, 2016. 427 səhifə.
  68. Azərbaycan Teatr Ensiklopediyası. 3 cilddə. 2-ci cild. Bakı: Azərnəşr, 2017. 390 səhifə.
  69. Azərbaycan Teatr Ensiklopediyası. 3 cilddə. 3-cü cild. Bakı: Azərnəşr, 2017. 415 səhifə.
  70. Səmimiyyətin qəm nuru (Rasım Balayev). Bakı: Apastrof, 2017. 226 səhifə.
  71. Gəncə teatrı. Bakı: Elm, 2017, 650 səhifə.
  72. Təbriz Azərbaycan Teatrı. Tehran: 2017. 142 səhifə.
  73. Azərbaycan müəlliflərinin əsərləri Akademik teatrda. Bakı: Apastrof, 2017. 144 səhifə.
  74. Abbasmirzə Şərifzadə. Bakı: Şərq-Qərb, 2017. 150 səhifə.
  75. Mustafa Mərdanov. Bakı: Şərq-Qərb, 2017. 174 səhifə.
  76. Kazım Ziya. Bakı: Şərq-Qərb, 2017. 158 səhifə.
  77. Ağsadıq Gəraybəyli. Bakı: Şərq-Qərb, 2017. 142 səhifə.
  78. Mərziyə Davudova. Bakı: Şərq-Qərb, 2017. 158 səhifə.
  79. Barat Şəkinskaya. Bakı: Şərq-Qərb, 2017. 214 səhifə.
  80. İbrahim Həmzəyev. Bakı: Şərq-Qərb, 2017. 174 səhifə.
  81. Fatma Qədri. Bakı: Şərq-Qərb, 2017. 174 səhifə.
  82. Mehdi Məmmədov. Bakı: Şərq-Qərb, 2017. 182 səhifə.
  83. Həsən Turabov. Bakı: Şərq-Qərb, 2017. 182 səhifə.
  84. Nəsibə Zeynalova. Bakı: Şərq-Qərb, 2017. 191 səhifə.
  85. Rza Təhmasib (Cəlal Məmmədovla birlikdə). Bakı: Şərq-Qərb, 2017. 151 səhifə.
  86. Hökümə Qurbanova (Mehdi Məmmədovla birlikdə). Bakı: Şərq-Qərb, 2017. 207 səhifə.
  87. Məmmədrza Şeyxzamanov. Bakı: Şərq-Qərb, 2017. 167 səhifə.
  88. Habil Əliyev. Bak: Şərq-Qərb, 2017, 143 səhifə.
  89. Azərbaycan Teatr tarixi. 5 cilddə. 1-ci cild. Bakı: Şərq-Qərb, 2017. 495 səhifə.
  90. Azərbaycan Teatr tarixi. 5 cilddə. 2-ci cild. Bakı: Şərq-Qərb, 2017. 534 səhifə.
  91. Azərbaycan Teatr tarixi. 5 cilddə. 3-cü cild. Bakı: Şərq-Qərb, 2017. 608 səhifə.
  92. Azərbaycan Teatr tarixi. 5 cilddə. 4-cü cild. Bakı: Şərq-Qərb, 2018. 480 səhifə.
  93. Azərbaycan Teatr tarixi. 5 cilddə. 5-ci cild. Bakı: Şərq-Qərb, 2018. 495 səhifə.
  94. Azərbaycan teatrı. Bakı: TEAS-PRESS, nəşriyyat evi, 2018. 911 səhifə.
  95. Teatr (5 cilddə "Azərbaycan incəsənət tarixi" seriasından. 1-ci cild). Bakı: Şəqrq-Qərb, 2018. 356 səhifə.
  96. Səhnə fədailəri (3 cilddə). 1-ci cild. Bakı: Şərq-Qərb, 2018. 616 səhifə.
  97. Səhnə fədailəri (3 cilddə). 2-ci cild. Bakı: Şərq-Qərb, 2018. 696 səhifə.
  98. Səhnə fədailəri (3 cilddə). 3-cü cild. Bakı: Şərq-Qərb, 2018. 680 səhifə.
  99. Yasin Qarayev. Bakı, Apasrof-A, 2019. 18 səhifə.
  100. 7 sənət aşiqi. Bakı, Litterpress, 2020. 492 səhifə.

101. Alın yazısına inam (Yasin Qarayev). Bakı, Litterpress, 2023.185 səhifə.

102. Teatr terminləri lüğəti. Bakı, Elm və təhsil, 2024. 222 səhifə.

Tərtib etdiyi kitablar

redaktə
  1. Avtoqraflar (İlham Rəhimliyə verilmiş avtoqraflar). Bakı: Apostrof, 2012. 168 səhifə.
  2. Azərbaycan teatr antologiyası. 2 cilddə. 1-ci cild. Bakı: E. L., 2013. 600 səhifə.
  3. Azərbaycan teatr antologiyası. 2 cilddə. 2-ci cild. Bakı: E. L., 2013. 624 səhifə.

Filmoqrafiya

redaktə
  1. "İsmayıl Dağıstanlı". (1978).
  2. "Eksperiment". (1984).
  3. "Habil Kaman". (1984).
  4. "Biz Qayıdacağıq". (2007. I seriya).
  5. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  6. "Yorulmamışam" (Rövşən Behcət haqqında. 2007).
  7. "Aktyorlar və rollar". (Portret janrında səhnə ustaları haqqında silsilə televiziya verilişləri. 1972–1989 AzTV-də).
  8. "Yeni Tamaşalar". (Silsilə televiziya verilişləri. 1973–1989. AzTV-də).
  9. "Ekran, Kino, Yeniliklər". (Silsilə televiziya verilişləri. 1974–1979. AzTV-də).
  10. "Səhnə üçün doğulmuşlar". (Silsilə televiziya verilişləri. 1974–1989. AzTV-də).
  11. "Tamaşalar. Aktyorlar. Rollar". (Silsilə televiziya verilişləri. 1975–1991. AzTV-də).
  12. "Sənət adamları". (Portret janrında incəsənət xadimləri haqqında silsilə televiziya verilişləri. 1972–2010. AzTV-də).
  13. "Ziyalının iş otağı". (Silsilə televiziya verilişləri. 2005–2006. "Space" telekanalı).
  14. "Kinoklub". (Silsilə televiza verilişləri. 2007–2008. AzTV-də).
  15. "Bir ünvan, milyon mənzil".(Silsilə televiziya verilişləri. 2008–2011. AzTV-də. 2011-ci il fevralı ayının 14-dən Mədəniyyət kanalında).
  16. "Sərbəst söhbət". (Silsilə televiziya verilişləri. 2009–2011. AzTV-də. 2011-ci il fevralı ayının 14-dən Mədəniyyət kanalında).
  17. "Teatr". (Silsilə televiziya verilişləri. 2011. AzTV-də. 2011-ci il fevralı ayının 14-dən Mədəniyyət kanalında).
  18. Evləri göydələn yar (film, 2010)
  19. Ləyaqət hücrəsi (film, 2011)
  20. Mürafiə vəkillərinin hekayəti (film, 2011)
  21. Yaşadan, yaşayan Yaşar (film, 2012)

İstinadlar

redaktə
  1. President.Az. "Azərbaycan mədəniyyət və incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
  2. "Bakıda Milli Teatr Günü qeyd edilib". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-12.