Çeçenistan gerbi

Çeçenistan Respublikasının dövlət gerbi (çeç. Нохчийн Республикан хӀост) Çeçenistan Respublikasının rəsmi dövlət simvoludur. 2004-cü ildə qəbul edilib, 2020-ci ildə yenilənib. Gerb 25 may 2004-cü ildə Çeçenistan Dövlət Şurası Çeçenistan Respublikasının emblemi haqqında 027-GS nömrəli və 22 iyun 2004-cü il tarixli, 125 saylı "Çeçenistan Respublikasının Dövlət Bayrağı və Gerbi haqqında" f��rmanla təsdiq edilib. 15 may 2008-ci ildə Çeçenistan Respublikası Parlamentinin Milli Məclisi 23-rz saylı "Çeçenistan Respublikasının Dövlət gerbi haqqında" qanunu qəbul etdi. 22 may Respublika Parlamenti Şurası tərəfindən təsdiq edildi. 7 noyabr 2019 -cu ildə Çeçenistan Respublikası Parlamenti gerbdə dəyişiklik etmişdir. Belə ki, hazır ki, gerbin təsviri ənənəvi formada gümüş qalxanda yerləşdirilib. 12 mart 2020-ci ildə Parlament "Çeçenistan Respublikasının Dövlət Gerbi haqqında" qanunu qəbul etmiş, 23 martda Ramzan Kadırov onu təsdiqləmişdir.

Çeçenistan gerbi
Versiyalar

Heraldik qalxanında monoxrom
Detallar
Armiger Çeçenistan Republikası
Təsis edilib 25 may, 2004
Təsdiq edilib 22 iyun, 2004
Gerbin lövhəsi Çeçen üzüyü
Əsas Sünbül,milli ornament, mərkəzi bəzək elementi
Digər elementlər doqquz guşəli ulduz, aypara, gözətçi qülləsi, neft qurğusu, dağ zirvələri
İlk variantı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təsviri

redaktə

Çeçenistan Respublikasının rəsmi dövlət simvolu, mərkəzində qırmızı rənglə işlənmiş milli Çeçen bəzəyi şəklində birlik və əbədiyyət simvolu olan dairədir. Üstündə dağ zirvələri, solda - Çeçen qüllələri, sağda - neft qurğusu təsvir olunub. Bütün bunlar sünbül ilə haşiyələnmiş, gerb aypara və ulduzla bəzədilmişdir.

23 mart 2020 -ci il tarixli 16 saylı "Çeçenistan Respublikasının Dövlət Gerbi haqqında" Qanun — Parlament tərəfindən qəbul edilmiş və Çeçenistan Respublikası Başçısı tərəfindən imzalanmışdır.

Çeçenistan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə

Bu qaydalar Çeçenistan Respublikasının Dövlət gerbini, onun təsvirini və rəsmi istifadə qaydasını müəyyən edir.

Çeçenistan Respublikasının dövlət gerbi Çeçenistan Respublikasının rəsmi dövlət simvoludur.

Çeçenistan Respublikasının gerbi, gümüş sahədə üçlü haşiyəsi olan gümüş kürədir: xarici sərhədi nazik- mavi, ikinci sərhəd qızılıdır, Çeçenistan milli bəzəyinin qırmızı üzüyü ilə haşiyəlnib, daxili mavi haşiyə, iki tərəfli qızılı dairədir, yuxarıda qızıl aypara və doqquz guşəli ulduz vardır,onlar sünbüllərlə əhatələnib; kürənin ortasındada çeçen milli ornamentinin qırmızı elementi vardır, göy rəngli kənarları, göy rəngli damı, pəncərələri və qapısı olan Çeçen gözətçi qülləsi və göy rəngli neft qurğusu və yuxarıda iki qarla örtülmüş dağ zirvəsi var.

Simvolu

redaktə

Gerb, milli zehniyyətə və Çeçen xalqının müasir dünyada tutduğu yerə uyğun olaraq məcazi üslublu bir həll üzərində qurulmuşdur. Aşağıdakı simvollar Çeçenistan Respublikasının gerbində istifadə olunur:

Çeçen milli ornamenti üzük əbədiliyin simvoludur. Mərkəzi bəzək elementi birliyin simvoludur;

Doqquz guşəli ulduz, tək bir xalq olaraq doqquz Çeçen tukxumunu simvollaşdırır. Sünbül Çeçen xalqının zənginliyinin simvoludur. Aypara İslam dinini simvollaşdırır;

Gözətçi qülləsi Çeçen xalqının tarixi irsinin simvoludur. Qazma qurğusu bölgənin sənaye və iqtisadi potensialını simvollaşdırır. Dağ zirvələri Çeçenistan Respublikasının ən yüksək dağı olan Tebulosmtanın (çeç. ТӀуьйли-лам) simvoludur.

Şimali Qafqaz Əmirliyinin gerbi

redaktə
 

1919-cu ilin sentyabrında Çeçenistanın Vedeno kəndində əmir Uzun-Hacı Saltinski Şimali Qafqazın müstəqilliyini və Dağıstanın dağlıq bölgələrini, dağlıq Çeçenistanı və İnquşetiyanın bir hissəsini özündə birləşdirən Şimali Qafqaz əmirliyinin yaradıldığını elan etdi. Dövlətin müəyyən edilmiş sərhədləri yox idi və şəriət normalarına əsaslanan monarxiya idi, əmirliyin ideologiyası panislamizm idi. Əmirlik Azərbaycan, Gürcüstan, Türkiyə tərəfindən tanındı.[1]

1919 -cu ildə əmirlik 5, 25, 50, 100, 250, 500 rubl dəyərində kağız pulları (banknotlar) buraxdı. Banknotların ön tərəfində əmirliyin emblemi təsvir edilmişdir[1].

Əmirliyin gerbi (emblemi) piramida üzərində qoyulmuş tüfəng və qılınc idi, yuxarıda tacında türbə təsvir edilmişdir. Hər şeydən yüksəkdə, ədaləti simvolizə edən tərəzi təsviri var idi. Tərəzinin bir gözündə cihad bayrağı, digər gözündə İslamın müqəddəs kitabı Quran qoyulmuşdu. [1] Gerbin aşağı hissəsində aypara və üç ulduz təsviri vardı.[1].

1920-ci ilin martında, bolşeviklərin təzyiqi ilə Şimali Qafqaz əmirliyi ləğv edildi, Uzun-Hacı Saltinski Qafqazın müftisi vəzifəsini tutdu və bir qədər sonra yayda vəfat etdi.

Çeçen-İnquş Muxtar Sosialist Sovet Respublikasının gerbi

redaktə
 
26 may 1978-ci ildə 6-cı çağırış Çeçen-İnquş ASSR Ali Sovetinin 8-ci növbədənkənar sessiyası Çeçen-İnquş ASSR-in yeni Konstitusiyasını qəbul etdi. Dövlət simvollarının təsviri əvvəllər mövcud olanlardan bir qədər fərqlənirdi. 24 iyul 1981 -ci ildə daha əvvəl mövcud olan gerbi birləşdirən gerb haqqında Əsasnamə qəbul edildi.

Çeçenistanın İçkeriya Respublikasının gerbi

redaktə
 

Çeçenistanın İçkeriya Respublikasının gerbində, başını dik tutaraq uzanmış canavarın (qurd) simvoludur. Qurd, milli bəzək üzərində yerləşir, aypara şəklində bir dairə ilə əhatələnib, alt hissəsində Çeçen cəmiyyətlərinin sayına uyğun 9 ulduz var. Qanuni olaraq, yalnız gerbin təsviri quruldu, Çeçenistanın İçkeriya Respublikasının səlahiyyətliləri gerbin müxtəlif variantlarından istifadə etdilər, xüsusilə qara və ağ təsvirlisindən. Bir versiyaya görə, gerbin müəllifi çeçen rəssamı Sultan Yuşayevdir. Bu gerb ilk dəfə 1990 -cı ildə Qroznıda keçirilən Birinci Çeçen Konqresində təqdim edilmişdir. Cövhar Dudayevin oğlu Deqi Dudayev bir müsahibədə gerbi çəkən anası Alla Dudayevanın olduğunu söylədi: “Alla Dudayeva (bu az bilinən bir faktdır) eskizi götürdü və indi məlum olduğu formada gerbi çəkdi. "O, Mauqlidəki Akelaya baxaraq, qurdu atasından daha qorxunc təsvir etdi. "Atalarımız xəyal edirdilər ki, dünyanın siyasi xəritəsində tamamilə yeni bir varlıq yaradacaqlar."[2]

Çeçenistan Respublikasının Müasir Dövlət Gerbi

redaktə
 

2003 -cü ildə, seçkilərdən dərhal sonra Əhməd Kadırov Çeçenistan Respublikasının yeni gerbi və bayrağını hazırlatdırmağa başladı. 25 may 2004-cü ildə Çeçenistan Dövlət Şurası Çeçenistan Respublikasının emblemi haqqında 027-GS nömrəli və 22 iyun 2004-cü il tarixli, 125 saylı "Çeçenistan Respublikasının Dövlət Bayrağı və Gerbi haqqında" fərmanla təsdiq etdi.

15 may 2008-ci ildə Çeçenistan Respublikası Parlamentinin Milli Məclisi 23-rz saylı "Çeçenistan Respublikasının Dövlət gerbi haqqında" qanunu qəbul etdi. 22 may Respublika Parlamenti Şurası tərəfindən təsdiq edildi.

7 noyabr 2019 -cu ildə Çeçenistan Respublikası Parlamenti Respublikanın simvolunun dəyişdirilməsi məsələsinə baxdı. İndi gerbin təsviri ənənəvi fransız formasındakı kimi gümüş qalxanda yerləşdirilib. 12 mart 2020 -ci ildə Parlament "Çeçenistan Respublikasının Dövlət Gerbi haqqında" qanunu qəbul etdi, 23 martda qanunu Respublika Başçısı Ramzan Kadırov imzaladı.

İstinadlar

redaktə
  1. 1 2 3 4 По материалам доклада В. Ломанцова на 3-м чешском национальном вексиллологическом конгрессе
  2. "кавказский белоэмигрант". 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-03.

Xarici keçidlər

redaktə