Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Yaz xaçgülü | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Yaz xaçgülü |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Botaniki xarakteristikası
redaktəBirillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Yayılması
redaktəBöyük Qafqazın bütün rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Yovşanlı yarımsəhralarda, çağıl daşlarında, kolluqlarda, qaya töküntülərində, bağlarda, əkin sahələrinin kənarında, zibilli yerlərdə, ev tikililərinin ətrafında, dənizkənarı qumluqlarda bitir.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Jacobaea verna Raf.
- Jacobaea vernalis (Waldst. & Kit.) C.A.Mey.
- Senecio leucanthemifolius var. vernalis (Waldst. & Kit.) C.Alexander
- Senecio leucanthemifolius subsp. vernalis (Waldst. & Kit.) Greuter
Heterotipik sinonimləri
redaktə- Jacobaea incana Gilib.
- Jacobaea sinuata Gilib.
- Jacobaea squalida C.A.Mey.
- Senecio crassifolius Sm.
- Senecio euxinus Minderova
- Senecio nebrodensis Gilib. ex Georgi
- Senecio peduncularis Griseb.
- Senecio polycephalus Ledeb.
- Senecio rapistroides DC.
- Senecio sinuatus Gilib.
- Senecio syrmiensis Kit. ex Nyman
- Senecio vernalis nigropunctatus Clementi
- Senecio vernus d'Urv.