Ella İsmayıl qızı Yaqubova (30 dekabr 1946, Kirovabad) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktrisası, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (1989).
Ella Yaqubova | |
---|---|
Ella İsmayıl qızı Yaqubova | |
Doğum tarixi | 30 dekabr 1946 (78 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İsmayıl Yaqubov |
Fəaliyyət illəri | 1968-ci ildən |
Mükafatları |
|
Həyatı
redaktəYaqubova Ella İsmayıl qızı 1946-cı il Dekabrın 30-da Gəncə şəhərində anadan olub. İbtidai təhsilini Gəncə şəhərində, orta məktəbi isə Bakı şəhərində 44 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olub, 1966-cı ildə oranı bitirdikdən sonra Gəncə Dövlət Dram Teatrına göndərilib həmin teatrda müxtəlif dram əsərlərində iştirak etib. 1968-ci ildə təyinatla Mingəçevir Dövlət Dram Teatrına göndərilib. 300-dən artıq obrazlar ifa edib.
Mingəçevir Dövlət Dram Teatrında ifa etdiyi rollar:
- Almaz "Almaz" (Cəfər Cabbarlı)
- Sara "Solğun çiçəklər"(Cəfər Cabbarlı)
- Gültəkin "Aydın" (Cəfər Cabbarlı)
- Tanya "Yaşar" (Cəfər Cabbarlı)
- Sona "Hacı Qara"(Mirzə Fətəli Axundov)
- Həcər xanım "Eşq və İntiqam"(Süleyman Sani Axundov)
- Fəxrundə "Bayramın birinci günü"(Nazim Hikmət)
- Sara bəyim "Vətən dərdi"(Nazim Hikmət)
- Ana "Ana" (Hüseyn Cavid)
- Nənə "Nənəmin kələyi" (Əli Əmirli)
- Ana "İki yetimin taleyi"(Əli Əmirli)
- Nurcahan "Nənənin Kələyi"(Əhməd Orucoğlu) və.s əsərlərdə baş rolların və birinci dərəcəli obrazların ifaçısı olub.
40-ildən artıq Mingəçevir Dövlət Dram Teatrında fəaliyyət göstərən aktrisa hal-hazırda Mingəcevir Dövlət Dram Teatrında yaranmış "Ümid" gənc aktyorlar studiyasında müəllim kimi fəaliyyət göstərərək Azərbaycan teatrı haqqında anlayış, səhnə danışığı, səhnə texnikası, səhnə hərəkəti və Azərbaycan teatrı haqqında tədris, maarif və mədəniyyət dərslərini keçir. Region televiziya kanalı olan "El" kanalında fəaliyyət göstərir. Azərbaycan istehsalı olan "Xoca" filmində "Sultan" xanım obrazında və "Həyat varsa" teleserialında çəkilib.
Mükafatları
redaktə1988-ci ildə "Əmək veteranı" medalı, 2009-cu ildə Əməkdar artist fəxri adı, 2013-cü ildə "Tərəqqi" medalı, 2004-cü ildə "Qızıl Dərviş" mükafatı laureatı olmuş, Azərbaycan Teatr Xadimləri İttifaqında keçirilən bədii qiraət festiValının bir neçə dəfə iştirakçısı olmuş, ikinci dərəcəli diplom və digər mükafatlara layiq görülmüşdür. 9 may 2018-ci ildə[1], 10 may 2019-cu ildə[2], 7 may 2020-ci ildə[3] və 7 may 2021-ci ildə[4] Prezident Mükafatına layiq görülmüşdür. 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdür.[5]
İstinadlar
redaktə- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2020. 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.