Azadciran nahiyəsi

Azadciran nahiyəsiOsmanlı dövründə inzibati-ərazi vahidi, Naxçıvan qəzasının nahiyyələrindən biri. 1590-cı ildə Azadciran nahiyəsi 28 kənddən ibarət idi. 1727 ci ildə isə 37 kənddənibarət idi.[1]

Qədim nahiyə
Azadciran nahiyəsi
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan qəzası (Osmanlı)
Banisi Osmanlı İmperiyası
Milli tərkibi Azərbaycan türkləri

Azadciran nahiyəsi ərazi baxımından daha qədim dövrdə adı qeyd edilən Qoxtn (Qoltn) əyaləti ilə üst-üstə düşür.[2] Qoxtn əyaləti haqqında ilk məlumatlar IV əsrdən etibarən erməni dilli mənbələrdə verilir və XIII əsrə kimi bu ad mənbələrdə xatırlanır.[2] X əsrdən başlayaraq ərəb və fars dilli mənbələrdə həmin əyalət Azad-Ciran (Azadciran) adlandırılır və bu da ərazidə yerləşən iki böyük şəhərin – AzadKiran şəhərlərinin adı ilə bağlıdır.[2]

Azad-Ciran əyaləti haqqında ilk məlumat Əl-İstəxrinin “Məsalik və Məmalik” əsərində verilir.[2] İstəxri yazır ki, “Arranın sərhədləri Bab əl-Əbvabdan Tiflisə və Araz çayı yaxınlığında yerləşən Haciran adlı yerə kimidir.” [3]

Səfəvi şahlarının Matenadaranda saxlanan çoxsaylı fərmanlarında Azad-Ciran əyalətinin adı dəfələrlə çəkilir.[2] Onlardan I Təhmasibin 1544[4]1555[5]-ci illərə, Təbriz bəylərbəyinin 1581-ci ilə[6], Məhəmməd Xudabəndənin 1585-ci ilin dekabrına[7] və 1586-cı ilin yanvarına[8], I Şah Abbasın 1604[9], 1606[10]1621[11]-ci illərə aid fərmanlarında Azad-Ciran əyaləti, onun əhali və ərazisi, həmçinin sosial-iqtisadi həyatında çoxlu sayda dəyərli məlumatlar verilir.

Əyalətin mərkəzi Kiran şəhəri olmuşdur. Şəhərin xarabalıqları hazırda Ordubad rayonunun Kələntər-Dizə kəndi yaxınlığında yerləşən Xarabagilan abidəsidir.[12]

İstinadlar

redaktə
  1. "Azadciran nahiyyəsi". http://ensiklopediya.gov.az. Azərbaycan Milli Ensiklopediyası. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2019.
  2. 1 2 3 4 5 Ибрагимов, 2000. səh. 12
  3. ал-Истархи, Абу Исхак Ибрагим. Масалик и Мамалик. Пер. И.Афшара. 160.
  4. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 178.
  5. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 179–180.
  6. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 188.
  7. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 193.
  8. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 313.
  9. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 315–316.
  10. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 322.
  11. Персидские указы Матенадарана (Т. 1.). Ереван: пер. А. Д. Папазяна. 1956. 323.
  12. Ибрагимов, 2000. səh. 13

Ədəbiyyat

redaktə
  • Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.