Əlipənah Abbasov
Əlipənah Abbasov — (tam adı: Əlipənah Bəhmən oğlu Abbasov; d.20 mart 1954; Cəlilabad, Üçtəpə — ö.21 fevral 1997, Bakı) – Azərbaycan geoloqpaleontoloqu, geologiya-mineralogiya elmlər doktoru (1993).
Əlipənah Abbasov | |
---|---|
Əlipənah Bəhmən oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu, Üçtəpə, Azərbaycan SSR |
Vəfat tarixi | (42 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi |
Həyatı
redaktəƏlipənah Abbasov 1954-cü ildə mart ayının 20-də Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1997-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.
Tədqiqatları
redaktəTədqiqatları, əsasən, Azərbaycanın Təbaşir yaşlı çöküntülərinin radiolariya faunasının və radiolariyaların filogenetik inkişaf mərhələlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda radiolariyalara görə Təbaşir çöküntülərinin ayrı-ayrı rayonnlar üzrə strati qrafik bölgüsünü işləyib hazırlamış, silisiumlu vulkanogen süxurların yaşını dəqiqləşdirmiş və Kiçik Qafqazda silisium oksidinin toplanma sxemini tərtib etmişdir. 40-dan çox elmi əsərin müəllifidir.[1]
Həmçinin bax
redaktəMənbə
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 18. ISBN 978-9952-441-02-4.